Bayden: Konqres səlahiyyət verərsə, ABŞ-Meksika sərhədini bağlayacağam
Bakı, 29 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden sərhəd təhlükəsizliyi qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə ABŞ-Meksika sərhədini bağlamaqda qərarlı olduğunu bildirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Bayden Cənubi Karolinada seçki kampaniyası zamanı ölkənin əsas gündəm maddələrindən biri olan sərhəd təhlükəsizliyi məsələsindən danışıb.
“Bu qanun layihəsi Amerika üçün yaxşı olacaq. Konqres, pozulmuş immiqrasiya sistemimizi düzəltməyə kömək etmək üçün bunu qəbul etməlidir. Burada olmağı haqq edənlərə sürətli dəstək göstərmək lazımdır”, - deyə Bayden bildirib.
Qanun layihəsi həmçinin sərhəddə təhlükəsizliyi təmin etmək üçün 110 milyard dollarlıq təcili yardım paketinin təsdiqini tələb edir.
Qeyd edilir ki, dekabr ayında ABŞ-da tutulan qeyri-qanuni immiqrantlar arasında meksikalılar (56 min) çoxluq təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]