BDU-da Füzuli rayonunun işğaldan azad edilməsinin ildönümünə həsr olunmuş tədbir
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Füzuli rayonunun işğaldan azad edilməsinə həsr olunmuş tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Filologiya fakültəsi TGT sədr müavini Elnurə Ağasəfzadə çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən bəhs edib, torpaqlarımızın, o cümlədən Füzuli rayonunun işğaldan azad olunmasında əsgər və zabitlərimizin böyük qəhrəmanlıq nümunəsi göstərdiklərini vurğulayıb.
E.Ağasəfzadə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Füzuli şəhərində həyata keçirilən geniş quruculuq işləri, inşa olunan beynəlxalq hava limanı və bir sıra infrastruktur layihələri haqqında məlumat verib.
Sonra çıxış edən Filologiya fakültəsinin birinci kurs tələbələri Ülviyyə Orucova, Aydan Rüstəmzadə, Fatimə Nağızadə, Fəridə Süleymanova 30 il ərzində erməni qəsbkarlarının Füzulidə törətdikləri vəhşiliklər, mədəni və dini abidələrə vurulan maddi və mənəvi ziyan barədə məlumat verib, Füzuli rayonunun qədim tarixi və iqtisadi potensialı barədə danışıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]