BDU-da Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş şeir günü
Bakı, 6 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı tədbir olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan xalqının qəlbində Heydər Əliyev sevgisi tükənməzdir.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tarix fakültəsinin tələbələri Gülarə Mehdizadə, Leyla Sərkərova, Səbinə Əsgərova, Şəbnəm İsmayılova, Mehdi Rzayev, Röya Mehdizadə, Əli Abdullayev və Şəbnəm İsmayılova öz yazdıqları şeirləri söyləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:35]
BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək
- 23.09.2026 [11:05]
ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb
- 23.09.2026 [11:04]
“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib
- 23.09.2026 [10:54]