BDU “Güclü Lider - Güclü Azərbaycan” adlı layihənin icrasına başlayır
Bakı, 1 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Güclü Lider - Güclü Azərbaycan” adlı layihəyə start verir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, il ərzində davam edəcək layihə üzrə liderlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə təlim və intellektual oyunlar keçiriləcək. Təlim sessiyalarında məqsəd gənclərdə liderlik bacarıqlarını formalaşdırmaq və onların şəxsi inkişafını stimullaşdırmaqdır. Təlim sessiyalarında fərqlənən gənclər hədiyyə və sertifikatlarla mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]