BDU ilə İraqın ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) İraq səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov universitetdə aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən prorektor ölkəmizdə elm, təhsil sahəsində qazanılan nailiyyətlərdən söz açıb.
İraq səfirliyinin birinci katibi Hüzeyfə Ziyad Mahmud BDU ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını deyib. Eyni zamanda, qonaq BDU-da daha çox iraqlı tələbəni görmək istədiklərini vurğulayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirə aparıblar.
Görüşdə, həmçinin BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Şərqşünaslıq fakültəsinin dekan müavini Tərlan Məlikov, İraq səfirliyinin əməkdaşı Pərviz Əfəndiyev iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]