ELM VƏ TƏHSİL
BDU ilə “Quacquarelli Symonds” reytinq təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla görüşüb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Görüşdə rektor son illərdə BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində görülmüş işlərə və qarşıda duran hədəflərə dair geniş məlumat verib.
Sergey Xristolyubov rektor Elçin Babayevi BDU-nun böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşması və ölkədə lider mövqeyinə yüksəlməsi münasibətilə təbrik edib. Eləcə də BDU-nun “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 78 pillə irəliləyərək, 336-cı mövqeyə yüksəlməsi, “QS Qərbi Asiya 2025” reytinq siyahısında 4 pillə irəliləyərək, 93 universitet arasında 15-ci mövqedə qərarlaşması ilə böyük uğura imza atdığını vurğulayıb.
Görüşün sonunda BDU ilə QS arasında “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.