BDU ilə “Times Higher Education” reytinq təşkilatı arasında onlayn görüş keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları ilə dünyanın ən nüfuzlu reytinq təşkilatı hesab olunan “Times Higher Education” arasında görüş olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitet rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov, Monitorinq, təhlil və akkreditasiya şöbəsinin müdiri Pərvanə Mövsümovanın iştirak etdikləri görüşün məqsədi BDU-da cari ildə müvafiq istiqamətdə görülmüş işlərə dair qarşılıqlı müzakirələrin aparılmasıdır.
Görüşdə reytinq agentliyinin nümayəndəsi tərəfindən BDU əməkdaşlarının sualları cavablandırılıb.
Qeyd edək ki, BDU Azərbaycanda “Times Higher Education” dünya universitetləri reytinqi (WUR), eləcə də “Times Higher Education Subject Ranking” siyahısında yer alan yeganə universitetdir. Belə ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]