BDU-nun komandası futzal yarışlarının qalibi olub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışlarında Bakı Dövlət Universitetinin (BDU) komandası I yeri qazanaraq turnirin qalibi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 22 ali təhsil müəssisəsinin iştirak etdiyi futzal turnirində II yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, III yeri isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları qazanıb.
Qaliblər ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]