Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Bakı, 20 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC 2024) adlı II beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verib.

Tədbir Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti (BSU) və BDU-nun Qazax filialının birgə təşkilatçılığı ilə keçirilib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov çıxışında qeyd edib ki, Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görülüb və müvafiq qanunvericilik bazası formalaşdırılıb. Bu baxımdan 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyətə malikdir. Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı məsələlər mühüm yer tutur. A.Rüstəmov bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rolu olduğunu vurğulayıb.

BSU-nun rektoru Anar Nağıyev konfransın sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədini daşıdığını bildirib. Qeyd edilib ki, inklüziv təhsil istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud uşaqların bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaradır.

BDU-nun prorektoru Şahin Pənahov çıxışında ölkəmizdə inklüziv təhsil mühitinin yaradılmasından bəhs edib, təhsilin hamı üçün əlçatan olmasının əhəmiyyətini vurğulayıb. O, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili məqsədilə təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

BSU-nun Təhsil fakültəsinin dekanı Sevinc Axundova, BDU-nun Ümumi pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektorunun müdiri Ruslan Rzayev inklüziv təhsil sahəsində görülən işlərdən söz açıblar.

Tədbirdə BDU-nun Qazax filialının Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov “Fiziki məhdudiyyətli şagirdlərlə fiziki tərbiyə fənninin təşkili”, Pedaqoji fənlər kafedrasının baş müəllimi Lamiyə Hacımuradova “Azərbaycanda inklüziv təhsilin inkişafı”, BSU-nun Yüksək Təhsil Mərkəzinin İnklüziv təhsil layihələri üzrə koordinatoru, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Arzu Məmmədova “Ali təhsil müəssisələrində inklüziv təhsilin məzmununun təkmilləşdirilməsi”, Gəncə Dövlət Universitetinin müəllimi Göyçək Pirverdiyeva “İnklüziv təhsili vacib edən əsas xüsusiyyətlər” mövzularında məruzə ilə çıxış ediblər. İclasda, həmçinin Qazax filialının müəllimlərindən Ayşən Qasımovanın “Sağlamlıq imkanları məhdud olan uşaqların sosiallaşması və cəmiyyətə inteqrasiyası”, Nuridə Quliyevanın “İnklüziv siniflərdə ibtidai sinif şagirdlərinin sosiallaşması”, Vəfa İlyasovanın “İnklüziv təhsilin məktəb səviyyəsində təşkilinə verilən tələblər”, Gövhər Məmmədtağıyevanın “İnklüziv siniflərdə autizm spektrli şagirdlərin adaptasiyası“, Ələviyyə Ömərovanın “İnklüziv siniflərdə tədrisin təşkili”, Gülnar Abdullayevanın “İnklüziv təhsilin əsas partnyorları” və Aybəniz Murğuzovanın “İnklüziv təhsilin əmək bazarına uyğunlaşdırılması” mövzularında məruzələri dinlənilib.

Sonda bölmə iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində bəstəkar Mixail Qlinkanın 220 illiyi qeyd edilib

Ümumdünya Səhiyyə Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

ABŞ-da qasırğa nəticəsində azı 15 nəfər ölüb

Zelenski İspaniyaya yola düşür

Litvanın hazırkı prezidenti seçkilərdə qalib gəlib

Hindistanın şərqində siklon səbəbindən 1,1 milyon nəfər təxliyə edilib

Tonqa sahilində güclü zəlzələ baş verib

Çexiya millisi son 14 ildə ilk dəfə xokkey üzrə dünya çempionu olub

Dohadan Dublinə uçan təyyarə hava boşluğuna düşüb, 12 nəfər yaralanıb

Türkiyə Prezidenti: Mersində baş verən qəza ilə bağlı aidiyyəti orqanlar dərhal lazımi araşdırmalara başlayıblar

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm

Bakıda havada tozun miqdarı normadan 3-3.5 dəfə artıqdır

Azərbaycan Prezidentinin Gürcüstanın Baş nazirinə təbriki gürcü mətbuatının diqqət mərkəzindədir

Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb

Qurban Qurbanov: Hər il stabilliyi qoruyub saxlamağımız böyük uğurdur

"Qalatasaray" XXIV dəfə Türkiyə çempionu olub

Türkiyədə ağır yol qəzası baş verib, çox sayda ölən və yaralanan var

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

Mehriban Ələkbərzadə: İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar var

ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib

Əfv Sərəncamının icrası Probasiya Xidmətində də təmin edilib

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

Xəbərdarlıq: Paytaxtda küləyin sürəti saniyədə 15-20 metrədək güclənəcək

Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

Premyer Liqa: “Turan Tovuz” son turda “Kəpəz”i məğlub edib

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu -  FOTO

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Musevenidən

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

Gəncədə müasir regional vəkil kompleksinin açılışı nəzərdə tutulur

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Anar Bağırov: İşğaldan azad olunmuş ərazilərdə vəkil büroları yaratmaq niyyətindəyik

Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Əfqanıstan vətəndaşı: Əfv Sərəncamına görə Prezident İlham Əliyevə minnətdaram

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Xalq yazıçısı İlyas Əfəndiyevin məzarı ziyarət olunub

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azadlığa buraxılan məhkum: Əfv Sərəncamı bizim üçün böyük motivasiyadır

Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Ukraynanın Poltava şəhərində tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

17 saylı cəzaçəkmə müəssisəsindən 4 xarici vətəndaş azadlığa buraxılıb

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək

Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Xidmət rəisinin müavini: Əfv Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir

Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub

“Neftçi” Miodarq Bojoviç ilə yollarını ayırıb

Sabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

FHN: Ziya Bünyadov prospektində qəza nəticəsində avtomobildə qalmış vətəndaş xilas edilib

Əfv Sərəncamının icrası Yevlax rayonunda da yerinə yetirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Havada toz müşahidə olunur

Səbinə Əliyeva: Əfv edilən vətəndaşlar onlara göstərilən bu yüksək etimadı doğrultmalıdırlar

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub