BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi
Bakı, 1 mart, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr martın 30-dək “Ümummilli Lider Heydər Əliyev, müasir Azərbaycanın memarlıq abidələri və vətənpərvərlik” mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinə təqdim edə, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeir ifalarını videoformatda [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək:
I yer- 500 manat; II yer- 300 manat; III yer- 200 manat.
Əlavə məlumat üçün: Tel: (+994 50) 741-69-67, (+994 55) 784-00-19, e-mail: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]