BƏƏ-nin kosmosa uçan ilk astronavtının adı açıqlanıb
Əbu-Dabi, 13 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Əl Maktum adına Kosmik mərkəzi ölkənin kosmosa uçacaq ilk kosmonavtının adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, BƏƏ-nin ilk astronavtı Hazaa əl-Mansuri olacaq. Əmirliyin ilk astronavtının Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu sentyabrın 25-ə təyin edilib. O, BKS-ə Rusiyanın “Soyuz” gəmisində yola düşəcək və orada iki həftə qalandan sonra həmin gəminin ekipajı ilə birlikdə geriyə dönəcək.
BƏƏ-nin Kosmik Mərkəzinin açıqlamasında bildirilir ki, BKS-ə uçuş üçün əsas astronavt kimi Hazaa əl-Mansuri seçilib, Sultan ən-Niyadi isə dublyor qismində seçilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [16:27]
Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq
- 17.06.2026 [16:02]
Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb
- 17.06.2026 [15:57]
Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb
- 17.06.2026 [15:56]
Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb
- 17.06.2026 [15:54]
Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər
- 17.06.2026 [15:30]