Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr Qriqoryeviç,
Milli bayram - Respublika Günü münasibətilə Sizə və dost Belarusun bütün xalqına mənim təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Bu gün Belarus dövlətçiliyin, qanunçuluğun və hüquqi qaydanın möhkəmləndirilməsi, cəmiyyətin həyatının bütün tərəflərinin modernləşdirilməsi yolu ilə uğurla irəliləyir.
Azərbaycan ilə Belarusu qırılmaz dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır. Əminəm ki, bundan sonra da bizim səylərimiz bu xeyirxah ənənələrin qorunub saxlanmasına və artırılmasına, dövlətlərarası münasibətlərimizin genişləndirilməsinə yönələcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2012-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]