BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və dost Belarus xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Belarus arasında dostluq və əməkdaşlıq, dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]