Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair ilkin razılıq əldə edilib VİDEO

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarus Respublikasında səfərdədir. Səfərin məqsədi Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsidir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü - dekabrın 15-də iqtisadiyyat naziri Ş.Mustafayevin Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko ilə görüşündə Azərbaycan və Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolu diqqətə çatdırılıb. Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə kənd təsərrüfatı, ticarət, sənaye, tranzit, əczaçılıq, turizm və sair sahələr prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunub, bu sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib.

Görüşdə Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.

Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən çox sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılması, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Belarus Azərbaycanın tranzit imkanlarından da istifadə edə bilər.

Belarus Respublikası Baş nazirinin birinci müavini V.Semaşko rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Belarusun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən V.Semaşko potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Belarus Respublikasının Qida Sənayesi üzrə Dövlət Konserninin rəhbəri Aleksandr Zabello ilə keçirilmiş görüşdə qida sənayesi sahəsində Azərbaycan-Belarus əlaqələrinə və əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Nazir Ş.Mustafayev Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli kənd təsərrüfatı və emalı məhsulları, qida sənayesində tətbiq olunan texnika və texnologiyalar, yerli məhsulların ixrac imkanları barədə məlumat verib. Azərbaycanın aqrar sənaye məhsullarının, o cümlədən şərab, pambıq və tütünün Belarusa ixracı üçün ölkəmizin potensialı diqqətə çatdırılıb.

A.Zabello isə Belarusda ərzaq məhsullarının əsas istehsalçısı olan konsernin fəaliyyəti barədə məlumat verib. Görüşdə Belarus şirkətlərinin Azərbaycanda yaradılan aqroparklarda iştirakı imkanlarına, kənd təsərrüfatı sahəsində, eləcə də Azərbaycanda birgə siqaret istehsalı müəssisəsinin yaradılmasına dair fikir mübadiləsi aparılıb, iş adamlarının təklifləri dinlənilib.

Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Vladimir Koltoviç ilə keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycanın iqtisadiyyat naziri Ş.Mustafayev ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu və 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin 6 faiz artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası üçün geniş potensial mövcuddur.

Ş.Mustafayev bu potensialın reallaşdırılması üçün Azərbaycanın ixrac missiyasının Belarusa səfərinin təşkili, meyvə-tərəvəz, şərab, meyvə şirələri, yun, fındıq və sair məhsulların Belarusa ixracı, Belarusun tütün məmulatlarının ölkəmizə idxalı imkanlarını diqqətə çatdırıb.

Görüşdə Belarusun Yüngül Sənaye Məhsullarının İstehsalı və Satışı Dövlət Konserninin və İstehlakçılar Cəmiyyətləri Birliyinin rəhbərləri, Azərbaycan sahibkarları iştirak edib.

Dekabrın 16-da Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda işgüzar görüş keçirilib.

Tədbirdə Azərbaycan tərəfindən kənd təsərrüfatı, qida sənayesi, şərabçılıq, tütünçülük, heyvandarlıq, yun istehsalı, istixana təsərrüfatı, avtomobil istehsalı sahələrində fəaliyyət göstərən 30-dan çox iş adamı iştirak edib. Belarus tərəfi tədbirdə analoji sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə təmsil olunub.

İşgüzar görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanları, iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, Azərbaycan və Belarus iş adamları müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar. Tədbir çərçivəsində Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və sair Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar.

Azərbaycan nümayəndə heyətinin Belarusun səhiyyə naziri Vasiliy Jarko ilə keçirdiyi görüşdə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq etdiyi, Belarusun əczaçılıq sahəsində geniş təcrübəyə malik olduğu qeyd edilib, Azərbaycanda əczaçılıq məhsullarının istehsalının təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Əczaçılıq sahəsi üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı barədə məlumat verən nazir Ş.Mustafayev qeyd edib ki, bir sıra xarici şirkətlər sənaye parkına maraq göstərir və hazırda bu şirkətlərlə danışıqlar aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında rezidentlər üçün yaradılan əlverişli imkanlardan istifadə edə və burada əczaçılıq məhsullarının istehsalını təşkil edə bilərlər.

Ş.Mustafayevin Belarusun sənaye naziri Vovk Mixayloviçlə keçirilmiş görüşündə isə müvafiq sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Ş.Mustafayev iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənaye sahəsində də Azərbaycan və Belarus arasında uğurlu əməkdaşlığın olduğunu qeyd edib. Bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə Minsk traktor və avtomobil zavodları arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Bununla belə, bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.

Ölkəmizdə yaradılan və əczaçılıq, yüngül sənaye, kimya, gəmiqayırma sahələrində ixtisaslaşmış sənaye zonaları barədə məlumat verən Ş.Mustafayev Belarus iş adamlarını həmin parklarda yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Bundan başqa, maşınqayırma, nəqliyyat vasitələrinin istehsalı və əczaçılıq sahələrində də əməkdaşlıq üçün imkanlar genişdir.

Belarusa səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk Şərab Zavodunun və Logistika Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. 

 

Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair ilkin razılıq əldə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir