Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belçikanın müstəmləkəçilik siyasətinin izləri – Tarixə qısa baxış

Bakı, 4 noyabr, Rabil Kətanov, AZƏRTAC

Bir sıra Avropa xalqlarının tarixində elə mərhələlər olub ki, bu gün həmin dövrü nəinki yada salmaq istəmirlər, əksinə, tamamilə unutmağa çalışırlar. Bir neçə ilə bundan əvvəl Belçika hökuməti “İctimai məkanların dekolonizasiyası” üçün işçi qrupu yaratdı. Qrupun yaradılmasında məqsəd XIX əsrin sonu və XX əsrin əvvəllərində Belçikanın müstəmləkəçilik siyasətini əks etdirən abidələrin ləğv olunması idi. Lakin bu “ləğvetmə” elə həyata keçirilməli idi ki, tarix tamamilə silinməsin və ictimaiyyətin diqqətini çəkməsin. Unikal işlər görülürdü. Müstəmləkəçilik siyasətinin banisi və xüsusi qəddarlığı ilə seçilən II Leopoldun Brüsseldəki heykəlinin ətrafına xüsusi güllər əkildi ki, onlar böyüyərək abidənin qarşısını kəssin və o diqqət cəlb etməsin. Brüssel Universitetinin dosenti Mari-Sofi de Klioell yerli mətbuata verdiyi açıqlamada bildirib ki, işçi qrupuna daxil olan bəzi mütəxəssislər Afrika Muzeyini yenidən tərtib edərək, müstəmləkəçilik siyasətinin izlərini itirməyə çalışarkən konqoluların kəsilmiş əllərindən, ayaqlarından və kəllələrindən ibarət eksponatları gördükdən sonra bu dəhşətə davam gətirməyiblər və qrupun tərkibindən çıxıblar. Tarixi faktlara nəzərə yetirsək, Afrikada baş verən hadisələrin dəhşətini aydın şəkildə görər, mütəxəssislərin hansı səbəbdən işçi qrupunda işləməkdən imtina etdiklərinin səbəbini bilərik.

1865-ci ildə 30 yaşlı II Leopold hakimiyyətə yiyələnərək Belçika Kralı olur. Onun hansı əxlaqa və mənəvi keyfiyyətlərə malik olması başqa mövzudur. O, Kral olduğu ilk gündən digər Avropa kralları kimi müstəmləkəçilik siyasəti yürüdərək, Konqo və Ekvatorial Afrika ilə maraqlanmağa, bu əraziləri krallığına tabe etməyə başladı. Həmin dövrün tanınmış səyyahı Henri Morton Stenlinin iştirakı və məsləhəti ilə Kral Mərkəzi Afrikanın Sivilizasiyasının Öyrənilməsi Cəmiyyətini yaradır və Konqoda bazalar qurur. Tezliklə bu bazalara silah-sursat və hərbçilər göndərilir. Yerli dildə danışmağı bacaran H.Morton Kralın ayırdığı pul vəsaiti ilə Avropadan gətirdiyi bəzək əşyaları sayəsində tayfa başçılarını aldadaraq onlardan torpaq sahələri alır.

Afrika üzrə tədqiqatçı Natalya Piskunova qeyd edir ki, “İri torpaq sahələri Krallığa deyil, şəxsən Kral II Leopold üçün alınırdı və onun şəxsi mülkü hesab olunurdu”. Bu torpaqlarda Azad Konqo Dövləti yaradan Kral çox keçmədi ki, istismara başladı. İlk olaraq fil sümüyü, sonra kauçuk, daha sonralar isə kofe, çay, tütün plantasiyaları salındı. Əhaliyə vergi tətbiq olundu. Lakin pul vəsaiti olmadığına görə vergini ödəyə bilməyən əhali plantasiyalarda işləməyə məcbur edildi. İşləməkdən imtina edənlərin isə əlləri, ayaqları kəsilirdi. Zabitə əl qaldıranların və üsyana qalxanların başları hamının gözü qarşısında kəsilərək, plantasiyanın kənarındakı ağacdan asılır, qurudulur, sonra isə Afrika Muzeyinə göndərilirdi. Yerli əhali gördüyü zülmə dözməyərək, üsyana qalxırdı. Bu üsyanların qarşısını almaq məqsədilə 1888-ci ildə “kolonial ordu” və “ictimai qüvvələr” yaradıldı. Bu ordunun sıralarına cəlb edilən cinayətkarlara geniş səlahiyyətlər verilmişdi. Onlar heç bir günahı və qaydanı pozmayan konqolunu da öldürə bilərdilər və buna görə heç bir məsuliyyət daşımırdılar.

Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Afrikanın Tədqiqi Mərkəzinin direktoru Andrey Maslov yazır ki, “yerli əhali hər addımbaşı öldürülürdü. Bu minvalla 1885-ci ildə 30 milyon əhalisi olan Konqoda 1908-ci ildə 11,5 milyon əhali qalmışdı ki, bu da müasir dövrdə soyqırımı deməkdir”. İşgəncələr isə adi hal almışdı. Belçikalı fotoqraf Elis Sili Haris 1904-cü ildə Konqoya gedərək günümüzə qədər gəlib çatmış fotolar çəkmişdi. Fotolarda əlləri kəsilmiş və döyülən konqolular əks olunub. “Kolonial ordu”nun zabitləri ailələri girov götürərək ailə başçısını qısa müddət ərzində planı yerinə yetirməyə məcbur edirdilər. Ailə başçısı fasiləsiz olaraq səhərdən axşama kimi plantasiyada işləyib planı yerinə yetirmək məcburiyyətində qalırdı. Məhz bundan sonra ailə üzvləri azad edilirdi. Əksər vaxtlarda qarşıya qoyulan ağır işi müəyyən olunan vaxt ərzində yerinə yetirmək fiziki olaraq mümkün olmurdu və girovluqda olanlar zorlanaraq qəddarlıqla qətlə yetirilirdi.

Kinşasa Universitetinin professoru, tarixçi alim Mutamba Makombo Kitaçima yazır ki, bu gün də Konqo ərazisində kütləvi şəkildə dəfn olunmuş adamların qəbirləri aşkarlanır. Bu qəbirlərdə süngü ilə qətlə yetirilmiş 5 və 7 yaşlı uşaqların skeletləri də var. Vəhşilik o həddə çatmışdı ki, Konqoya gələn avropalı tacirlər gördüklərindən dəhşətə gəlirdilər. R.N.Filipps adlı tacir əsgərlərin hərəkətlərinə dözməyərək, Kral II Leopolda məktub yazmış, əsgərlərin törətdikləri qanunsuzluqlardan və vəhşilikdən şikayət etmişdi. Lakin tacirin məktubu cavabsız qalmış, vəhşiliyə son qoyulmamışdı.

Tanınmış yazıçı Mark Tven Kral II Leopolda pamflet yazaraq, onu 15 milyon konqolunu qətlə yetirməkdə ittiham etmiş, qaniçən, xəsis, pulgir adlandırmışdı. Jurnalist Elvis Morel yazırdı ki, hər yerdə qulaqsız insanlar görünürdü. Sonradan məlum oldu ki, bu insanlar hansısa qaydanı pozduqlarına görə cəzalandırılıb və qulaqları kəsilib. Konqodakı Mpozo vadisi böyük qəbiristanlığı xatırladır, burada insanlar dəfn edilməyib, sadəcə olaraq, plantasiyada ac və susuz işləməkdən ölənlərin cəsədləri oraya atılıb. Bütün bu qəddarlıq Avropanın digər dövlətlərinin narazılığına səbəb oldu. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya Belçikaya etiraz etdilər, törədilən vəhşiliklər barədə Avropa mətbuatı geniş məqalələr və reportajlar yazmağa başladı. Nəhayət 1960-cı ildə Konqo xalqı müstəqilliyini elan etdi və Konqo Demokratik Respublikası yarandı.

Bu gün Konqonun zəif iqtisadiyyata malik olmasının, yoxsulluq içində yaşamasının səbəbi onun uzun müddət istismara məruz qalmasıdır. Ölkənin təbii sərvətləri Belçika Krallığına daşınaraq tamamilə tükənib. Buna baxmayaraq, Konqo xalqı müstəqil yaşayaraq inkişaf etməyə çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

® “Tamstore” Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

El-Ninonun sürətlə gücləndiyi son iki ayda ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub

49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

SEPAH ABŞ-ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb