Bərdə rayon prokurorluğuna press-tur
Bakı, 3 fevral, AZƏRTAC
Martın 3-də Baş Prokurorluq Bərdədə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün konfrans təşkil edib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bərdə rayon prokurorluğunun inzibati binasına press-tur keçirilib.
İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar burada əməkdaşlar üçün yaradılan iş şəraiti ilə maraqlanıblar.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.