Azərbaycan Dövlət İnformasiya Agentliyi

BƏRDƏDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Əziz bərdəlilər!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olimpiya idman kompleksinin açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən sizə söz verirəm ki, hər bir işğaldan azad olunan rayonda buna bənzər olimpiya kompleksləri tikiləcəkdir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindirir. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi ləyaqətlə təmsil edirlər. Ölkəyə medallar gətirirlər. Son 6 il ərzində beynəlxalq yarışlardan idmançılarımız Vətənə mindən çox medal gətiriblər. Bu onu göstərir ki, Azərbaycanda idman sahəsində çox güclü potensial yaranıbdır. Azərbaycanın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək səviyyədə qura biliblər. İdmançılarımız bütün beynəlxalq yarışlarda iştirak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda Azərbaycanın milli bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir. Ən böyük mükafat məhz bunlardır. Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə idmançılarımızın qələbələrini alqışlayır, qarşılayır. Amma təəssüflər olsun, elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar. Bunlar kimdir? Bizim müxalifət. Nəyə görə? Çünki onlar hesab edirlər ki, bir halda ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, bu qələbələr əlavə siyasi kapital verəcəkdir.

Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda idmançılarımıza, idmanla məşğul olanlara, idmana rəhbərlik edən şəxslərə böhtanlar atırlar. Bu, bir daha göstərir ki, onların maraqları Azərbaycan xalqının maraqları ilə üst-üstə düşmür.

Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək. Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da. Əlbəttə ki, bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait yaradılmalıdır və biz bu şəraiti yaradırıq. Bu gün burada açılan, bütün müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha təsdiqləyir. Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun. Uşaqlar, gənclər, yeniyetmələr, idmançılar buraya gəlib idman bölmələrində məşğul olsunlar. Bu, onları fiziki cəhətdən, eyni zamanda, mənəvi cəhətdən də sağlam edəcəkdir. Beləliklə, Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alacaqdır. Bu, artıq baş verir. Azərbaycanın müxtəlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə verilibdir. Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri də Qarabağ torpağında tikilsin. Mən çox xoşbəxtəm ki, biz bunu etmişik və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.

Bərdə Azərbaycanın dilbər guşəsidir. Hər bir azərbaycanlı üçün doğma yerdir, doğma məkandır. Bərdə çox inkişaf edib, gözəlləşir, abadlaşır. Siz bilirsiniz ki, möhtərəm cənab Prezident keçmişdə,1970-ci illərdə də, ondan sonrakı dövrlərdə də mütəmadi qaydada Bərdəyə gəlmiş, bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə və Bərdə camaatına daim diqqət göstərmişdir. Mən sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bərdəyə daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı inkişaf etdirəcəyik.

Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar çətin vəziyyətə düşən, öz ata-baba yurdlarından didərgin salınan qaçqınlara, məcburi köçkünlərə çox mehriban münasibət göstərirlər. Onlar üçün hər bir şərait yaratmağa çalışırlar. Baxmayaraq ki, onların özlərinin də imkanları məhduddur. Amma o qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Mən əminəm ki, bundan sonra da belə olacaqdır.

Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz torpaqlarını itirmiş insanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin. Bu istiqamətdə işlər görülür. Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində məskunlaşmış insanlar üçün möhtərəm cənab Prezidentin fərmanları ilə yeni qəsəbələr salınıbdır. Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışında iştirak etdim. 2600 ailə yeni, müasir evlərə köçürülübdür. Ondan əvvəl orada çadır düşərgəsində məskunlaşmış Füzuli qaçqınları da yeni tikilmiş evlərə köçürülmüşlər. Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır. Bunlarda təxminən 3 min ailə, 12 min insan yaşayır. Bizim məqsədimiz bundan ibarətdir ki, o çadır düşərgələrini də ləğv edək və əvəzində müasir evlər tikək. Mən sizə söz verirəm ki, bu, belə də olacaqdır. Bir dənə də çadır düşərgəsi qalmayacaq, orada yaşayan qaçqınlar və məcburi köçkünlər yeni, müasir evlərə köçürüləcəklər.

Bütün bu tədbirləri görmək üçün əlbəttə ki, Azərbaycanda gərək iqtisadiyyat güclü olsun. Bu istiqamətdə Heydər Əliyev tərəfindən keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cəhətdən güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaranmışdır. Bu, ona görə baş verir ki, Azərbaycanda islahatlar keçirilir. Aqrar islahat nəticəsində torpaq kəndlilərin mülkiyyətinə verilibdir. Kənd təsərrüfatı ilə məşğul olan adamlar məndən yaxşı bilirlər ki, bu, nə qədər böyük xeyir gətirir. Azərbaycanda özəlləşdirmə prosesi həyata keçirilir və on minlərlə sahibkarlar yaranıbdır. Onlar da öz tərəfindən Azərbaycanın iqtisadiyyatını gücləndirirlər. Sizə deyə bilərəm ki, indi Azərbaycanın iqtisadiyyatını özəl sektor daha fəal formalaşdırır. Ümumi daxili məhsulun 75 faizi özəl sektorun payına düşür. Bu, çox gözəl nəticədir və Azərbaycanda iqtisadi islahatların çox uğurla aparıldığını göstərir. Bizimlə əməkdaşlıq edən dünyanın aparıcı maliyyə qurumları da bunu qiymətləndirir, təsdiq edirlər.

Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Bunun nəticəsində Azərbaycanın nefti dünya bazarlarına çatdırılır. Neft kəmərləri tikilibdir. Hazırda əsas ixrac neft kəməri - Bakı-Tbilisi-Ceyhan kəməri tikilir və demək olar ki, işlərin xeyli hissəsi görülüb və inşallah, yaxın gələcəkdə onun açılışında iştirak edəcəyik. Bu, bizə imkan verəcək ki, Azərbaycan iqtisadi cəhətdən daha da güclənsin, zənginləşsin.

Bilirsiniz ki, Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Bu, o məqsədlə yaradılıb ki, neftdən əldə olunan gəlirlər bir yerdə, şəffaf şəkildə saxlansın və ilk növbədə, sosial problemlərin həllinə xərclənsin. Məhz belə də edilir. Biləsuvarda məcburi köçkünlər üçün qəsəbə məhz Neft Fondunun vəsaiti hesabına tikilibdir. Burada, Bərdədə, Ağdamda, işğaldan azad olunan digər ərazilərdə yaxın gələcəkdə məcburi köçkünlər üçün yeni qəsəbələr də Neft Fondunun vəsaiti hesabına tikiləcəkdir. Budur, Heydər Əliyevin neft strategiyası, budur, Heydər Əliyevin neft strategiyasının təntənəsi!

Amma sizə deyə bilərəm ki, bu strategiya Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyinə arxalanıbdır. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, bu məsələlər 1994, 1995-ci illərdə, hətta 1996-cı ildə Milli Məclisdə müzakirə ediləndə, indi sizdən səs istəyən, Azərbaycanı dağıdan, böhrana salan, sonra qorxaqcasına qaçıb gizlənən müxalifət tərəfindən çox böyük etiraza səbəb olmuşdu. Mənim yadımdadır, - o vaxt da Milli Məclisin deputatı idim, - “Şahdəniz” layihəsi orada müzakirə olunanda, indi sizdən əbəs yerə səs istəyən Etibar Məmmədov hətta öz dəstəsi ilə Milli Məclisin iclasını tərk etmişdi. Nəyə görə bunu etmişdi? Çünki o bilirdi, Azərbaycanda vətəndaş müharibəsini başlayan, qardaş qanını tökən İsa Qəmbərov da yaxşı bilirdi ki, əgər neft sektorunda Heydər Əliyevin planlarında, proqramında nəzərdə tutulan tədbirlərin görülməsi mümkün olacaqsa, onda əlbəttə ki, Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Bu gün əldə olunan bütün nəticələri biz o vaxt görürdük. Müxalifət də, - baxmayaraq ki, bu sahədə çox da böyük biliyə malik deyillər, amma o qədər də ağılsız deyillər, - bilirdi ki, bu tədbirlər Azərbaycana yaxın gələcəkdə böyük faydalar verəcəkdir. Onlar bunu istəmirdilər. Mən bunu demişəm, bir daha deyəcəyəm. Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə istəmir - biri Ermənistan, biri də Azərbaycan müxalifəti.

Ermənistan ona görə istəmir ki, başa düşür - bu layihələr həyata keçəndən sonra Azərbaycan iqtisadi cəhətdən güclənəcək, zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkanlar yaradacaq ki, Dağlıq Qarabağ məsələsini öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün beynəlxalq hüquq normalarına əsaslanaraq həll edək.

Müxalifət bunu istəmir ona görə ki, çünki başa düşür, əgər bütün nəzərdə tutulan məsələlər öz həllini taparsa, Azərbaycan xalqı daha yaxşı, daha da zəngin yaşayacaq və o vaxt nəinki onlara səs verməyəcək, heç onların üzünə də baxmayacaqdır. Bu məsələdə ermənilərin və müxalifətin maraqları üst-üstə düşür. Amma qoy onlar özlərini yormasınlar. Azərbaycan qüdrətli dövlətdir, öz siyasətini aparır. Azərbaycan Heydər Əliyevin siyasətini dəstəkləyir, bundan sonra dəstəkləyəcək və mən də bütün xalqımızla birlikdə bu siyasəti davam etdirəcəyəm.

Biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bu məqsədlə danışıqlar aparılır. Düzdür, hələlik danışıqların heç bir nəticəsi yoxdur. Bu məsələyə kömək göstərmək funksiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, təəssüflər olsun ki, çox zəif fəaliyyət göstərir və onun fəaliyyəti bizi qane etmir. Bütün bunlara baxmayaraq, biz xoş niyyət göstərərək, hələlik yenə də danışıqlar prosesindən imtina etmirik. Çünki ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nəhayət, Ermənistanı məcbur edəcək ki, o, işğal olunan torpaqlardan çəkilsin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilatlarda öz fəaliyyətini gücləndirib və BMT-nin də məlum qətnamələri var. Bu yaxınlarda Avropa Şurası bu məsələdə çox düzgün, ədalətli mövqe nümayiş etdirmişdir. Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox şadıq ki, Avropa Şurasının deputatları qəbul olunan sənədlərdə Ermənistanı işğalçı dövlət kimi tanıyıblar. Biz hesab edirik ki,bütün bunlar gələcək danışıqlar prosesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən əminəm ki, biz məsələnin həllinə sülh yolu ilə nail ola bilərik. Amma, mən dəfələrlə demişəm və bir daha burada qeyd etmək istəyirəm ki, bizim səbrimiz də tükənməz deyil. Əgər biz görsək ki, bütün bu danışıqlar, sadəcə olaraq, formal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının tam haqqı var ki, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etsin.

Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf bizə imkan verəcək ki, həm iqtisadi cəhətdən möhkəmlənək, həm də ordu quruculuğuna daha böyük diqqət göstərək.

Azərbaycanın sosial problemlərini də uğurla həll edək. İnsanların həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab Prezidentin son Sərəncamları ilə məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədəniyyət işçilərinin maaşları, pensiyalar artırılıb və bu proses bundan sonra da davam edəcəkdir.

Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə də elektrik enerjisi və qaz təminatı yaxşılaşır. Düzdür, bütün rayon əhalisinə qazın verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz biləsiniz ki, bu məqsədlər üçün Azərbaycan dövləti Rusiyadan alınan qazın haqqının ödənilməsinə hər il 200 milyon dollardan çox vəsait xərcləyir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə böyük diqqət yetirilir və bundan sonra da yetiriləcəkdir. Mən böyük məmnuniyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar Bərdə şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar salınıbdır, yeni məktəblər tikilibdir. İnsanlara qayğı çox artıbdır. Bu, sevindirici haldır və mən çox istərdim ki, bu qayğı, diqqət bundan sonra da artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı qəhrəman xalqdır. Azərbaycan xalqı, o cümlədən Bərdə camaatı daim Heydər Əliyevin siyasətini dəstəkləyib və mən əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.

Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qarabağ torpağında gözəl Olimpiya kompleksi açılır. Milli Olimpiya Komitəsinin Prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən inanıram və əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlamlıqlarını möhkəmləndirəcəklər. Amma bütün bu görülən işlərlə yanaşı, istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı, burada gözəl bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edəcəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri tikməyə başlayanda üzgüçülük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə durmur, daim inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə yanaşı, hovuzlar da tikilmişdir. Ona görə mən buraya gələrkən dedim ki, bir halda o biri rayonlarda bu hovuzlar tikilir, Bərdədə də mütləq tikilməlidir və tikiləcəkdir.

Mənə verilən məlumata görə, son vaxtlar rayonlarda, kəndlərdə yeni məktəblər tikilibdir. Çox sevindirici haldır ki, buna diqqət göstərilir. Mən də öz tərəfimdən sizə demək istəyirəm ki, ən müasir standartlara cavab verən, ən müasir avadanlıqla təchiz edilən, 800 şagird yeri olan bir yeni məktəb də burada tikiləcəkdir. Bu da bizim sizə hədiyyəmizdir.

Mən qeyd etdim ki, bərdəlilər Heydər Əliyevə daim böyük hörmətlə, məhəbbətlə yanaşmışlar. Ona çox gözəl münasibət göstərmişlər və indi də göstərirlər. Onun siyasətini daim, 1970-1980-ci illərdə də dəstəkləyiblər, son on ildə də dəstəkləyirlər. Təəssüflər olsun ki, Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı seçkilərdə iştirak edə bilməyəcəkdir. Bu seçkilərdə mən iştirak edəcəyəm. Mən əminəm ki, bərdəlilər həmişə olduğu kimi, Heydər Əliyev siyasətinə səs verəcəkdir.

Əziz bərdəlilər!

Əziz bacılar və qardaşlar!

Mənə göstərdiyiniz çox hərarətli, xoş, səmimi münasibətinizə görə sizin hamınıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Sizə söz verirəm ki, həmişə sizinlə birlikdə olacaq, problemlərinizlə daim məşğul olacağam. Biz sizinlə birlikdə Azərbaycanı iqtisadi, siyasi cəhətdən inkişaf etdirəcək, dövlət müstəqilliyimizi möhkəmləndirəcəyik.

Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir. Bu siyasət yaşayacaqdır. Azərbaycan yaşayacaqdır. Heydər Əliyev yaşayacaqdır və daim yaşayacaqdır. Sağ olun.

X X X

Respublika hökumətinin başçısına yaxınlaşan sakinlər ona bir daha təşəkkürlərini bildirdilər, eyni zamanda, xahişləri ilə bağlı ərizə və məktublar təqdim etdilər.

Baş nazir İlham Əliyev onlara bildirdi ki, narahat olmasınlar, ona verilən ərizə və məktublara diqqətlə baxacaq və müraciətlər müsbət həllini tapacaqdır.

X X X

Sonra Baş nazir İlham Əliyev Olimpiya idman kompleksinin açılışını bildirən qırmızı lenti kəsdi və kompleksin salonları, məşq otaqları ilə yaxından tanış oldu. Baş nazir kompleksin ən müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsindən məmnunluğunu bildirdi. Axırda incəsənət ustalarının və idmançıların çıxışları oldu. Mərasimdə gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, Prezidentin İcra Aparatının şöbə müdirləri Yusif Hümbətov və Əli Həsənov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.

X x x

Həmin gün Azərbaycanın Baş naziri İlham Əliyev Bərdədə müvəqqəti məskunlaşmış gənclərin - Ağdamdan və Kəlbəcərdən olan məcburi köçkünlər Emin və Mirvarinin toy məclisində iştirak etdi. “Qismət” şadlıq evinə toplaşanlar respublika hökumətinin başçısını mehribanlıqla və səmimiyyətlə qarşıladılar. Bəy və gəlin Baş nazirə gül dəstəsi təqdim etdilər. Baş nazir el adətinə hörmət əlaməti olaraq, yeni ailə quranlarla və onların ailə üzvləri ilə birlikdə rəqs etdi. Sonra Baş nazir İLHAM ƏLİYEV yeni ailə quranlara, toy şənliyinə toplaşanlara müraciətlə dedi: -Hörmətli xanımlar və cənablar! Mənim bu gün buraya gəlişim bu gözəl toyla bir vaxta təsadüf edir. Bu gün burada iştirak etməyim məni sevindirir. Arzu edirəm ki, Azərbaycan xalqı daim sevinsin, daim toy-bayram olsun, gənclərimiz, uşaqlarımız böyüsün, gözəl tərbiyə alsınlar. Azərbaycanın gəncləri hamısı gözəl, qüdrətli, həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüsünlər, yetişsinlər. Mən buraya Bərdədə yeni açılmış Olimpiya idman kompleksindən gəlirəm. O kompleks mənim təşəbbüsümlə tikilib istifadəyə verilibdir. Məqsəd də budur ki, orada uşaqlar, yeniyetmələr, gənclər məşğul olsunlar. İndi Azərbaycan abadlaşır, yeniləşir. Azərbaycanda böyük işlər görülür. İqtisadiyyatımız inkişaf edir, sosial məsələlər öz həllini tapır. Mən bu gün buraya gəlməmişdən əvvəl Ağdamdan olan köçkünlərlə görüşdüm. Ondan sonra Bərdədə öz çıxışımda dedim ki, burada mövcud olan üç çadır şəhərciyi dağılacaqdır. Biz onları ləğv edəcəyik ki, onların əvəzinə Ağdam rayonu ərazisindəki yerlərdə gözəl, müasir evlər tikiləcəkdir və bütün məcburi köçkünlər bu evlərə köçürüləcəkdir. Mən sizi bu gözəl toy, mərasim münasibətilə bir daha ürəkdən təbrik edirəm. Xoşbəxt olun. Azərbaycanın müstəqilliyi, iqtisadi inkişafı uğrunda möhtərəm cənab Prezident Heydər Əliyevin siyasətini bundan sonra da bir yerdə aparacağıq. Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Mən də bu məclisə əliboş gəlməmişəm. Mənim hədiyyələrim var. Bu hədiyyələr sizə təqdim olunacaqdır. “Panasonik” markalı rəngli televizor, soyuducu və bir də avtomobil. Sağ olun, xoşbəxt olun!

X X X

Baş nazir İlham Əliyev avtomobilin açarını yeni ailə quranlara təqdim etdi. Toy məclisinə toplaşanlar şənlikdə iştirakına və qiymətli hədiyyələrə görə Baş nazir İlham Əliyevə minnətdarlıq etdilər, ona cansağlığı, yeni-yeni uğurlar arzuladılar.

X X X

Həmin gün Azərbaycanın Baş naziri İlham Əliyev Bərdədən qayıdarkən yolüstü Ucar, Kürdəmir, Sabirabad və Əli Bayramlıda da dayandı, onu qarşılamağa çıxmış on minlərlə insanla səmimi görüşüb söhbət etdi, özünə göstərilən səmimi, mehriban münasibətə görə dərin minnətdarlığını bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH