Bərdədə yeni məktəb binası istifadəyə verilmişdir
Bərdə, 8 may (AZƏRTAC). Bərdə rayonunun Hacıallı kəndində dövlət vəsaiti hesabına inşa edilmiş 220 yerlik yeni orta məktəb binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və Milli Məclisin deputatı Zahid Oruc müəllim, şagird və valideynləri təbrik etmiş, son illər respublikamızda təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, yüzlərlə yeni məktəb binasının tikilib istifadəyə verildiyini, məktəblərin kompyuter və texniki vasitələrlə, yeni avadanlıqla təchiz olunduğunu diqqətə çatdırmışlar.
Müəllimlər və kənd sakinləri yeni təhsil ocağının istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni məktəb binasına baxmışlar. Sinif otaqları, laboratoriyalar, kompyuter otağı, kitabxana, bufet, xidməti otaqlar, akt və idman zallarından ibarət yeni təhsil ocağında yaradılmış yüksək səviyyəli şərait hamını razı salmışdır. Məktəbdə istilik sistemi yaradılmış, həyətdə qazanxana tikilmiş, yaşıllıqlar salınmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]