BERLİNDƏ AZƏRBAYCANLI RƏSSAMIN SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Berlində azərbaycanlı rəssam, Almaniya Rəssamlar Cəmiyyətinin üzvü İbrahim Əhrarinin əsərlərindən ibarət sərgi açılmışdır.
Sərgidə rəssamın rəngkarlıq və qrafika janrında 150-dən artıq miniatür sənət əsərləri nümayiş etdirilir. Almaniya ictimaiyyətinin və bir çox sənət adamlarının, Azərbaycan diasporunun, diplomatik missiyamızın təmsilçilərinin iştirakı ilə keçirilən açılışda çıxış edən alman sənətşünası Petra Lanqe azərbaycanlı rəssamın istedadından, çoxşaxəli yaradıcılığının zənginliyindən söhbət açmışdır. Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.
Sərgi mart ayının 28-nə qədər davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]