DÜNYA
BESLANDA HƏLAK OLAN 242 ADAMIN ŞƏXSİYYƏTİ MÜƏYYƏN EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri RF Baş Prokurorluğunun İnformasiya və İctimai Əlaqələr İdarəsinin məlumatına istinadla xəbər verir ki, Beslanda törədilmiş terror aktı zamanı həlak olanlardan 242 nəfərinin, o cümlədən 119 uşağın şəxsiyyəti müəyyən edilmişdir. Bununla belə, 82 cəsəd tanınmamış qalır. Həlak olan 78 nəfərin yaxın qohumlarından molekulyar-genetik ekspertiza keçirmək məqsədi ilə qan götürülmüşdür.
İstintaq zamanı məlum olmuşdur ki, Beslandakı 1 nömrəli məktəbdə 1150 nəfərdən çox girov saxlanılmışdır. İstintaq qrupu 368 adamı, o cümlədən 129 yeniyetməni zərər çəkən, 89 nəfəri isə şahid qismində dindirmişdir. Terror aktı nəticəsində həlak olanların ümumi sayı 338 nəfərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]