BƏSTƏKAR ŞƏFİQƏ AXUNDOVANIN YARADICILIQ GECƏSİ
Azərbaycan Dövlət Muğam Teatrında respublikanın xalq artisti, bəstəkar Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsində Muğam Teatrının direktoru Arif Qazıyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, professor Ağabəy Sultanov və başqaları Şəfiqə Axundovanın həyat və yaradıcılığı, musiqi xəzinəmizi zənginləşdirən əsərləri haqqında danışmışlar. Şairlər, aktyorlar bəstəkara həsr olunan şeirləri oxumuşlar. Xalq artistləri İlhamə Quliyeva, Ramiz Quliyev, əməkdar artistlər Aygün Bayramova, Nazpəri Dostəliyeva, müğənnilər Səbinə İlyasova, Sakif Məmmədov və başqaları bəstəkarın əsərlərini və mahnılarını ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]