REGİONLAR
Beyləqanda baş verən qəzada ölənlərin kimliyi məlum olub - YENİLƏNİB VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/w_16170659503296729497_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617065950326415523940_1200x630.jpg)
Beyləqan, 30 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan rayonu ərazisində yük və minik maşınının toqquşması nəticəsində ölən 3 nəfərin adı məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağır yol qəzasında ölənlər bunlardır: Beyləqan rayon sakinləri - “VAZ” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ”ın sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılov və “VAZ” markalı minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Şəmşir Şükürzadə.
Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun üzərində yerləşən körpüdə baş verib. Qəza nəticəsində yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.
10:02
Beyləqan rayonu ərazisində yük və minik maşını toqquşub, 3 nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 110-cu kilometrliyində, Beyləqan rayonunun İmamverdili kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə "VAZ" markalı avtomobilin toqquşması zamanı 3 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.