REGİONLAR
Beyləqanda elmi-praktik konfrans: Şuşa Azərbaycanın mənəviyyat salnaməsidir
![](/files/galleryphoto/2022/2/1200x630/16548575264083864125_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654857526478936510_1200x630.jpg)
Beyləqan, 10 iyun, AZƏRTAC
Şuşa şəhəri xalqımız üçün əziz, müqəddəs bir məkandır. Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Şuşa Azərbaycanın mənəviyyat salnaməsidir” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib. Rayon gənclərinin və Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Şuşanın zəngin mədəniyyəti, tarixi və təbiətindən geniş söhbət açılıb.
Sonda “Şuşa - 270: Gəncliyin gözü ilə” adlı sənədli film nümayiş olunub.