Beyləqanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Beyləqan, 24 fevral (AZƏRTAC). Beyləqan şəhərindəki Heydər Əliyev muzeyində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Soyqırımı” abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər.
Beyləqan Rayon Ziyalılar Cəmiyyətinin sədri Əyyub Məmmədov, Heydər Əliyev muzeyinin direktoru Yeganə Məmmədova, “Mil” qəzetinin redaktoru Elman İsrafiloğlu və başqaları tədbirdə ermənilərin Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmışlar. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları Xocalıda dinc sakinlərə hücum edərək, şəhəri artilleriya atəşinə tutmuşlar. Etnik zəmində törədilən vəhşiliklər nəticəsində Xocalı əhalisindən 613 nəfəri öldürülmüş, 1275 nəfər girov götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Qeyd edilmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, dinc əhalinin kütləvi və amansız qırğın aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilmişdir.
Sonra tədbir iştirakçıları faciənin dəhşətlərini əks etdirən “Xocalı qətliamı” sənədli filminə baxmışlar. Tədbirdə rayon məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiya göstərilmişdir.
Heydər Əliyev muzeyində Xocalı faciəsinə həsr olunmuş kitab və rəsm sərgisi nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]