BEYLƏQANDA YENİ EMAL MÜƏSSİSƏLƏRİ YARADILMIŞDIR
Son vaxtlar Beyləqan rayonunda yeni istehsal sahələri yaradılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “CTS AQRO” MMC-nin vəsaiti hesabına müasir pambıq emalı müəssisəsi, iki meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sexi, 14 süd emalı sexi tikilib istifadəyə verilmişdir. Regionların sosial-iqtisadi inkişafı dair Dövlət proqramı qəbul ediləndən bəri rayonda 28 istehsal və emal müəssisəsi, 500-dən çox ticarət, ictimai-iaşə, xidmət obyekti istifadəyə verilmiş, “Aran-Qala” LTD-nin kərpic zavodunun, Daşburun qum-çınqıl karxanasının fəaliyyəti bərpa olunmuşdur. Dünyamalılar kəndində konserv sexi işə salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]