Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub VİDEO

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi baxımından önəmi, ölkəmizdə bu istiqamətdə həyata keçirilən kompleks islahatlar barədə məlumat verib və bu gün təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib.

Aparat rəhbəri Bəyannamədə təsbit olunmuş hüquq və azadlıqların bir çox dünya dövlətlərinin konstitusiyalarında, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğunu, milli qanunvericiliyin məhz bu prinsiplər əsasında formalaşdığını qeyd edib. Son illər ərzində dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartların Bəyannamədə və digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların təmin olunmasında və müdafiəsində çətinliklər yaratdığı bildirilib.

Azərbaycanın da uzun illər münaqişədən əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən A.Səfixanlı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıdışının təmin olunduğunu, onların pozulmuş hüquqlarının bərpa edildiyini diqqətə çatdırıb. Hazırda regionda və dünyada sülhün təmin olunması istiqamətində dövlətimiz tərəfindən mühüm addımların atıldığı, ölkəmizin BMT-nin qətnamələrinin icrasını təmin etdiyi vurğulanıb.

BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi bu gün İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünün qeyd edildiyini vurğulayıb. “Ötən dövrə nəzər salaraq deyə bilərik ki, biz münaqişələr, bərabərsizlik, iqlim dəyişiklikləri və təsisatlara azalan etimad olan dünyada yaşayırıq. Sülhün üstün olduğu halda belə, bir çoxları özlərini təhlükəsiz hiss etmirlər.

Qadın və qızlara qarşı zorakılıq insan hüquqlarının pozulmasının ən çox yayılmış hallarından biridir. Bu zəmanədə bizi birləşdirən dəyərlərə güclü dərəcədə sadiq qalmalı, ümumi bəşəriyyəti qorumalıyıq. Buna görə də insan hüquqları həyatımızın əsas dəyərləri kimi vacib hesab olunur. İnsan hüquqları abstrakt deyil, realdır. İnsan hüquqları müsbət məfhumdur. O, nəinki insanı mühafizə edir, gündəlik həyata sevinc, səadət, təhlükəsizlik hissi gətirir. İnsan hüquqları bölüşdüyümüz əsas dəyərlərdir. Bütün fərqlərə baxmayaraq, hamını birləşdirən ümumi bünövrədir. İnsan hüquqları əlçatandır. Onlar gündəlik seçimlərdə özünü büruzə verir. İnsan hüquqları icmaların ədalət və bərabərlik tələbi ilə bir araya gəldiyi zaman güclənir”, - deyə o bildirib.

Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov Azərbaycan Respublikasının Konstitusiyasının üçdəbir hissəsinin insan hüquq və azadlıqlarının qorunmasına həsr olunduğunu, bunun isə vəkillik fəaliyyətinin rolunu daha da artırdığını qeyd edib. Vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almasını təmin etmək üçün Vəkillər Kollegiyasının həyata keçirdiyi tədbirlərdən bəhs edən Ş.Məmmədov deyib: “Vəkilliyə qəbul olmuş namizədlərə keçirilmiş təlimlərdə, vəkillərin tədris prosesində insan hüquqları və azadlıqlarına həsr olunmuş mövzulara xüsusi diqqət yetirilir. Vəkillərin böyük əksəriyyəti bu istiqamətdə təlimlərə cəlb olunurlar”.

Həmçinin aztəminatlı ailələrin hüquqi yardımla təmin olunması istiqamətində addımlardan danışan sədr müavini müxtəlif dövlət orqanları ilə aksiyaların keçirildiyini, hər il minlərlə vətəndaşın bu hüquqi yardımdan yararlandığını deyib. Qeyd olunub ki, bu gün də belə aksiyalar paytaxtla yanaşı, bölgələrdə də keçirilir.

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciətləri dinlənilib.

Eyni zamanda, tədbirdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş xüsusi “Fibonacci” intellektual oyunu təşkil olunub.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən “Konstitusiya və suverenlik medianın gözü ilə” və “Konstitusiya və suverenlik uşaqların gözü ilə” mövzularında elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.

Qalib jurnalistlər arasında AZƏRTAC-ın əməkdaşları da var.

 

Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib