Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq QHT-lər Bakıda keçiriləcək COP29-a böyük maraq göstərirlər

Bonn, 7 iyun, AZƏRTAC

Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında dövlət və hökumət təmsilçiləri, beynəlxalq təşkilatlarla yanaşı, qeyri-hökumət təşkilatları da əsas iştirakçı seqmentini təşkil edir və onlar arasında Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a böyük maraq mövcuddur. Onlar Bakıda qlobal diskussiyalara - COP29-a ciddi hazırlaşırlar və Azərbaycandan olan tərəfdaşları ilə yaxından əməkdaşlıq qurmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, aparılan söhbətlər zamanı xarici QHT-lər Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsini yüksək qiymətləndirib, COP29-un sədri kimi ölkəmizə yüksək etimad göstərdiklərini, onları narahat edən mövzular üzrə uğurlu danışıqlar aparılacağına inandıqlarını bildiriblər. Onlar, həmçinin Bakı Enerji Həftəsini yaxından izlədiklərini, Azərbaycanın yaşıl düşüncə əsasında yürütdüyü yeni enerji siyasətini yüksək dəyərləndiriblər.

Bildirilib ki, iqlim dəyişiklikləri gündəlik həyatımızın bütün sahələrinə təsirini göstərir və vətəndaş cəmiyyəti bu proseslərə biganə qalmır. Ətraf mühit, iqlim maliyyəsi, gənclər, səhiyyə və digər sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları iqlim icmasının mühüm tərkib hissəsi kimi COP29-da müxtəlif mövzuların müzakirəsində fəal iştirak edəcəklər.

Nyu-York Universitetinin professoru Corc Terson bildirib ki, COP29-u səbirsizliklə gözləyir, çünki sağlamlıq məsələlərini iqlimlə bağlı danışıqlarda müzakirəyə çıxarmaq niyyətindədir. O, COP29-da öz araşdırmalarından, havanın çirklənməsinin insan sağlamlığına vurduğu zərər barəsində yeni elmi araşdırmalar əsasında hazırlanan misallar təqdim etmək istəyir və Bakıya səfərinə böyük ümidlər bəsləyir. Çünki iqlim dəyişikliklərinə diqqət artırılsa və havanın çirklənməsinin qarşısı alınsa, dünyada insanların sağlamlığına müsbət təsir göstərmək mümkün olacaq.

Qlobal Hüquq Fikirləri Cəmiyyətinin təsisçisi və prezidenti Raoman Smita Azərbaycanda keçiriləcək COP29-la bağlı gözləntilərinin böyük olduğunu deyib. O, ümidvar olduğunu bildirib ki, Azərbaycan və digər iştirakçı ölkələr iddialı iqlim planlarına, icra edilə bilən tədbirlərə diqqət yetirəcəklər və Paris Sazişi ilə uzlaşmaq üzərində işləyəcəklər. Eyni zamanda, istixana qazı emissiyalarını azaltmağa və onları 1,5 dərəcə səviyyəsində saxlamağa nail olacaqlar. Bərpaolunan enerji, külək, günəş, digər dayanıqlı enerji mənbələrinə əsaslanan texnologiyaların tətbiqi üçün fondun yaradılması və beynəlxalq səviyyədə maliyyə vəsaitlərinin oraya cəlb edilməsi də gözləntilər arasında yer alır.

“Lancet Countdown” Səhiyyə və İqlim Dəyişikliyinin İzlənməsi təşkilatının icraçı direktoru Marina Belen Romanello isə diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat dünya üzrə təxminən 3000 tədqiqatçını bir araya gətirən beynəlxalq tədqiqat əməkdaşlıq qurumudur. Bu təşkilat sağlamlıq və iqlim dəyişikliyi arasındakı əlaqələri, iqlim dəyişikliyinin dünyanın hər yerində, hər bir ölkədə insanların sağlamlığına necə təsir göstərdiyini izləyir, xəstəliklərin yayılmasını, ölüm hallarını və insanların üzləşdiyi risklərin artım tempini araşdırır. “COP 28-dən sonra iqlim danışıqlarında sağlamlığın bu qədər ön planda olduğunu gördüyümüz üçün həyəcanlıyıq. Bakıya və COP29-a böyük ümidlərlə baxırıq. İnanırıq ki, bu gündəm davam edəcək və insanların sağlamlığını, rifahını gündəmə gətirərək iqlimlə bağlı daha firavan gələcək üçün lazımi tədbirlər həyata keçirəcəyik”, - deyə o əlavə edib.

Enerji, ətraf mühit və iqlim məsələlərinə yönəlmiş fəaliyyət göstərən Ətraf Mühitin İnkişaf Fəaliyyəti təşkilatın icraçı direktoru Emmanuel Seek növbəti COP-u təşkil etdiyinə görə Azərbaycana təbriklərini çatdırıb. O bildirib ki, onun təşkilatı iqlim dəyişikliyinin humanitar məsələlərlə əlaqələndirilməsi və problemlərin qarşısının alınması, həmçinin iqlimlə bağlı fəaliyyətlərin səhralaşma və icmaların sosial müdafiəsi ilə uzlaşdırılması ilə bağlı fəaliyyət planı hazırlayıb. O, iqlim dəyişiklikləri nəticəsində əhaliyə dəyən zərər və itkilərlə bağlı beynəlxalq yardım fondunun yaradılmasına çalışdıqlarını, Bakıda keçiriləcək müzakirələrdə bu istiqamətdə irəliləyiş əldə olunacağına ümid bəslədiyini bildirib.

Digər QHT-lərin təmsilçiləri də Bakıda keçiriləcək COP29 çərçivəsində öz sahələri üzrə mövzuları diqqət mərkəzində saxlayacaqlarını, müzakirələrdə fəal şəkildə iştirak edəcəklərini deyiblər. Onlar dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri olan COP-u qəbul etdiyinə, danışıq və müzakirələrin Bakıda aparılmasına imkan yaratdığına görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bonn

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib