Beynəlxalq Şahmat Festivalının iştirakçıları məktəbli və azyaşlı şahmatçılar üçün seans keçiblər
Naxçıvan, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçıları mayın 6-da Naxçıvan Muxtar Respublika Stadionunda 95 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seans keçiblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Eltac Səfərli, Qədir Hüseynov, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Aydan Höcətova, Xanım Balacayeva, Gülnar Məmmədli və Yunanıstan təmsilçisi Kotronias Vasillios iştirak ediblər.
Görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar.