Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO
Naxçıvan, 11 iyun, AZƏRTAC
Culfa şəhərində baş verən yanğında xəsarət alanlardan biri ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında müalicə alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı da xəsarət alıb. Hazırda onun müalicəsi davam edir.
14:12
Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.
Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, yanğın şəhərdə yerləşən beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:47
Culfa şəhərində yaşayış binasında yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərdə yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar Culfa şəhər xəstəxanasına yerləşdirilib, faktla bağlı araşdırma aparılır.
Müxbir- Nail Əsgərov