Beynəlxalq Yer Günü ilə əlaqədar Hövsanda iməcilik təşkil olunub
Bakı, 22 aprel, AZƏRTAC
Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ənənəvi olaraq aprelin 22-də ölkə ərazisində iməciliklər təşkil olunur. Bu il də ETSN-in əməkdaşları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Hövsan qəsəbəsinin ərazisində iməcilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iməcilikdə 10 hektar sahədə abadlıq işləri aparılaraq ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib.
Beynəlxalq Yer Günü ilə əlaqədar nazirlik tərəfindən regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.