Biləsuvarda avtomobil qaçıran şəxslər saxlanılıb
Biləsuvar, 17 dekabr, İlkin Adıyev, AZƏRTAC
Axşam saatlarında Biləsuvar şəhəri ərazisində yolun kənarında saxlanılmış “VAZ 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar. Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından istifadə edərək nəqliyyat vasitəsini qaçırıblar.
Avtomobil tapılaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:34]
Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]