CƏMİYYƏT
Binə qəsəbəsində qanunsuz heyvan kəsimi və ət satışının qarşısını almaq məqsədilə reydlər aparılıb
![](/files/galleryphoto/2022/2/1200x630/16548523193302429456_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548523192214835249_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakının Xəzər rayonunun Binə qəsəbəsində həyata keçirilmiş reydlər zamanı fiziki şəxslər Bəylərov Əflatun Mətləb oğluna, Həsənov Zakir İsmayıl oğluna, Cabbarov Xəlil İsa oğluna, Ağayev Zülfü Nadir oğluna, Abdullayev Tural Bayram oğluna, İbrahimov Rüstəm Sabir oğluna, Zeynalov Pərvin Telman oğluna, Feyzullayev Zakir İsa oğluna, Əlizadə Əliyə məxsus məntəqələrdə baytarlıq nəzarəti aparılmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb.
Ağalarov Elşən Nürəddin oğluna və Ramazanov Rüfət Əliağa oğluna məxsus məntəqələrdə isə ət satışının baytarlıq ekspertizasından keçirilərək satışa verildiyi müəyyən olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.