Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir cümlədə ehtiva olunan həqiqət

Bir cümlədə ehtiva olunan həqiqət

Bakı, 31 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə ifadə etdiyi “Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...” cümləsinin gücünü Ermənistanın sabiq dövlət başçısı Serj Sarkisyan belə etiraf edir: “Ermənistan tarixdən kənarda qalan ölkəyə çevrilib...”. Prezident İlham Əliyevin bütün çıxışlarında, açıqlamalarında olduğu kimi, yerli televiziyalara müsahibəsinin də hər sözü bir fikirdir, hər cümlə bir mövqe, hər keçid bir xarakterdir. Hər abzas bir istiqamət, konseptual baxışdır - ölkə coğrafiyasının perspektivini müəyyənləşdirən xətdir. Bu müsahibədə də Prezident İlham Əliyev təkcə ölkəsinin deyil, bütöv bölgənin Lideri kimi danışdı. İntellekt, təcrübə yenə də öz sözünü dedi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlunun Prezident İlham Əliyevin yerli televiziyalarına verdiyi, ölkə və dünya mediasında geniş rezonans doğuran müsahibəsi ilə bağlı “Bir cümlədə ehtiva olunan həqiqət” adlı məqaləsində yer alıb.

Prezidentin müsahibəsində bir məqamın onun diqqətini xüsusilə cəlb etdiyini vurğulayan baş redaktor bildirir: “44 günlük Vətən müharibəsindən söz açarkən Prezident İlham Əliyev dedi: “Prezident seçiləndə mənim 41 yaşım var idi, təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi demək, vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir”.

Mən məhz bu cümləni nəzərdə tuturam- vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...Müsahibənin bütün dadı, duzu, mayası, canı, nəfəsi buradadır. Təkcə bu müsahibəninmi? Bu cümlədə Prezident İlham Əliyevin liderlik, dövlətçilik fəlsəfəsi ehtiva olunur. Təkcə dövlətimizin başçısınınmı? Bu cümlə bütün Azərbaycanın Zəfər düsturudur. 44 günlük savaşın kodu, Qələbə formatıdır. Bu cür, bu miqyasda düşünmək və bu düşüncəni sərrast ifadə etmək üçün prezident olmaq, liderlik etmək yetərli deyil. Bu düşüncə və cümlə müdrik bir dövlət adamının təfəkküründən süzülüb gəlir. Bu, bir mütəfəkkir Liderin mükəmməl qənaətidir. “Vaxtı düzgün seçmək...” Bu, o qədər də asan olmadı. O günü, o tarixi təyin etmək üçün düz 2020-ci ilin 27 sentyabrına qədər gözləmək lazım gəldi.

Ulu Öndərimiz “Siyasətdə qabağa qaçmaq olmaz” deyirdi. Prezident İlham Əliyev isə “hər şeyin öz vaxtı var” deyir. Əslində, Azərbaycanın iki qurtuluş günündən bəhs olunmalıdır. Birinci tarix: 1990-cı il 21 yanvar. Mahiyyətcə qurtuluşçuluq missiyası 1990-cı il yanvarın 21-dən başlayır. Həmin gün Heydər Əliyev Bakıda qırğına məruz qalmış Azərbaycan xalqını ayağa qaldırdı, bükülmüş belini düzəltdi. Kremlin gözünün içinə baxa-baxa bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı kimsəsiz deyil, onun sahibi - Heydər Əliyev kimi oğlu və Lideri var. Ulu öndər Heydər Əliyev ikinci dəfə 1993-cü il iyunun 15-də eyni və tarixi işi icra etdi. Param-parça, çilik-çilik edilmiş Azərbaycan dövlətini yerdən qaldırdı. Amma... Təbii ki, Azərbaycan birdən-birə dövlət və birdən-birə dövlətli olmadı. Qarşıda əzablı, iztirablı yolları keçmək sınağı dayanırdı. Hakimiyyətinin ilk illərində Heydər Əliyev əlində Azərbaycanın xəritəsi Avropanı qarış-qarış, addım-addım gəzirdi.

Bu yerdə Vəfa Quluzadənin bir xatirəsi yada düşür. Dövlət müşaviri kimi bir çox hadisələrə şahidlik etmiş Vəfa Quluzadə danışırdı ki, ATƏT-in həmsədrlərindən biri, rusiyalı Vladimir Kazimirov Bakıya gəlmişdi. Prezident Heydər Əliyevlə görüşdə Ulu Öndər rusiyalı həmsədrə xəbərdarlıq edirmiş kimi dedi: “Siz elə bilirsiniz, Azərbaycan həmişə belə zəif olacaq?”.

Azərbaycanın zəif vaxtları anbaan, günbəgün, ilbəil keçmişə dönürdü. Azərbaycan dövlətçiliyi bir dahinin əlindən yapışıb qədd-qamətini bərpa edir, kövrək addımlarını bərkidir, dövlətlənirdi... “Avantüraya getmək, ölkəni risk altına qoymaq” olmazdı. Avantüristlər isə bir deyil, iki deyil, dörd tərəf belələri ilə dolu idi. Daxili avantüristlər isə bir başqa mövzudur.

Prezidentliyi dönəmində -10 il ərzində Heydər Əliyev avantüristlərə imkan vermədi. Bir də ki, avantüra cəhdləri təkcə daxildən gəlmirdi. Nəzərə alaq ki, ölkəmiz dövlətçilik üçün o qədər də əlverişli olmayan bir məkanda yerləşir. Yaşadığımız mühitin həssaslığını və mürəkkəbliyini ulu öndər Heydər Əliyevin bir fikri ilə göz önündə canlandırmaq olar: “Bizim xarici siyasətimiz nazik sap üzərində gerçəkləşən gedişə bənzəyir. Son dərəcə ehtiyatlı və tədbirli olmalıyıq!”.

Prezident İlham Əliyev nazik sap üzərində yürüdülən xarici siyasət xəttinə daha dəqiq və işlək bir məzmun əlavə edib: “Azərbaycan qarşıdurma yox, əməkdaşlıq məkanıdır”.

Hakimiyyətdə olduğu gündən Prezident İlham Əliyev yerli və xarici avantüristlərə Azərbaycan xalqından və gənc Azərbaycan dövlətindən təcrübə materialı kimi yararlanmaq şansı vermədi. Dövlətimizin başçısına olan təzyiqlərin əsasında da elə bu amil dayanırdı. İnsan haqları, demokratiya adı altında edilən hücumların məqsədi başqa idi. Prezident İlham Əliyevi haqlı və prinsipial mövqeyindən çəkindirmək istəyirdilər. Alınmadı! Azərbaycan Prezidenti dözürdü və döyüşürdü.. Onun göstərdiyi böyük səbrin arxasında böyük ağıl dayanırdı. Hələ zaman yetişməmişdi. Xudafərin körpüsünün yanında, Araz çayının sahilində “Azərbaycan xalqına qarşı səslənən əsassız ittihamlar cavabsız qalmayacaq” bəyanatına qədər hələ bir xeyli müddət vardı. Gözləmək lazımdır - riskə getməmək və maksimum nəticə əldə etmək üçün. Az itki - maksimum uğur!

Bölgənin iqlimini, xalqın taleyini, tarixini dəyişən uğur modeli.

“Az itki - maksimum uğur” - Azərbaycan xalqını, dünya azərbaycanlılarını hər yerdə başıuca, alnıaçıq, üzüağ edən bir cümlə! 44 günlük Vətən savaşı məhz bu cür aparıldı. Savaşda itkilərin minimum həddi nəticələrimizin maksimum səviyyəsini təmin etdi. Müharibədə vaxt həlledici amildir. Vaxt düzgün seçildi.

Azərbaycanın Ali Baş Komandanı əsgəri ilə 44 gün ərzində ən azı 200 illik bir məsafəni qət etdi. Ordumuzun sıralarından bir nəfər belə fərarilik etmədi. Halbuki, erməni ordusunda fərarilik edən hərbçilərin sayı 10 mini keçmişdi. Düşmən tərəfin məhv edilən silah-sursatının maddi dəyəri bir neçə milyard dollarla ölçülür. Buraya Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnikanı əlavə etsək, daha dolğun mənzərə yaranır. 44 gün ərzində Azərbaycanın hərb maşını dəqiq işlədi, döyüş tapşırıqları cədvəl üzrə yerinə yetirildi.

Baxmayaraq ki, müharibədən əvvəl, hətta Tovuz döyüşləri ərəfəsində müxalifətin bəzi nümayəndələri Azərbaycan Ordusunu ləkələməyə çalışır, silah-sursat resurslarımızın döyüşə yararlı olmadığını iddia edirdilər. Belə əsassız iddialara rəğmən, erməni tərəf döyüş meydanında Ordumuza məxsus hər hansı texnikanın, hər hansı silahın yararsız olduğu barədə bircə fakt belə aşkar edə bilmədi. İndi-indi etiraf olunur ki, hətta Qarabağ münaqişəsinin mövcudluğunda daha çox maraqlı olanlar belə 44 günlük savaşın bu qədər “operativ və səmərəli olacağını” gözləmirmişlər.

Azərbaycan Vətən müharibəsini 4 qat qələbə ilə yekunlaşdırdı - Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın etdi. Azərbaycan qalib dövlət olaraq düşmən dövlətə kapitulyasiya aktı imzalatdırdı. Azərbaycan xalqı uzun illər ona aşılanmış özünəinamsızlıq səddini aşdı. Azərbaycan geosiyasəti uddu. Eyni zamanda, Azərbaycan regionun siyasi, iqtisadi, hərbi mənzərəsini müəyyən edən ölkə statusunu qazandı.

Bizim 4 qat qalib olmağımız Ermənistanın 4 qat məğlubiyyəti deməkdir - Ermənistan ordusu çökdü və yəqin ki, uzun müddət özünə gələ bilməyəcək. Ermənistanın bir dövlət kimi var olması böyük suallar doğurur. Ermənistan (ermənilər) neçə əsrlərdir ki, öz uydurduğu yalanlarına uduzub, xəyal qırıqlığına uğrayıb, bu, bir intihar aktıdır. Son olaraq, Ermənistan geosiyasəti uduzub.

Azərbaycan Liderinin təbirincə desək, Ermənistan artıq geosiyasi dalandır. Hazırda Ermənistan iqtisadi, siyasi, hərbi baxımdan lazımsız, qonşuları, havadarları üçün əlavə bir yükdür.

Ermənistanın hazırkı boyasız və çılpaq halını yanvarın 23-də istefa ərizəsi yazan prezident Armen Sarkisyan müəyyənləşdirdi. Artıq sabiq prezident səlahiyyətlərinin məhdud olmasından şikayətlənir. Yazır ki, əlimdə konkret rıçaqlar yoxdur. Burada təəccüblü nə var ki, Ermənistan prezidenti elə Ermənistan dövlətinin üzünə oxşayır. Necə ki, Ermənistan guya dövlətdir, amma dövlət funksiyasını yerinə yetirmək imkanından məhrumdur. İstefaya getməkdən başqa çıxış yolu qalmayan Armen Sarkisyan tarixdən kənar qalan Ermənistanın özüdür, gerçək obrazıdır.

Tarixin kənarında qalmış ölkə... Bu, Azərbaycan Prezidentinə məxsus bir cümlənin gücünü etiraf etməkdir.

Azərbaycan isə bu gün təkcə bölgənin önündə deyil, tarixin önündə addımlayır. Prezident İlham Əliyev ölkəsinin, bölgəsinin, tarixinin ən legitim Lideridir!

Amerikalı senator Riçard Luqar ölkəmiz haqqında danışarkən belə bir fikir söyləmişdi: “Azərbaycan təhdid və təhlükə dolu bir məkanda yerləşir. Azərbaycan Prezidenti belə həssas məkanda, sosial immunitetinin zəif, dövlətçilik əxlaqının günün tələb etdiyi dərəcədə formalaşmadığı, xarakterinin hələ kövrək olduğu bir cəmiyyətlə ölkəsini bölgənin və tarixin önünə çıxarmağı bacardı. İlham Əliyevin liderliyi prezidentliyin və Ali Baş Komandanlığın hüdudlarına sığmır. O, neçə əsrlik zorun, təhdidin qarşısında dayana bilən milli müqavimət savaşının qüdrətli Lideridir.

Azərbaycan Prezidenti öz nümunəsində liderliyin alternativsiz əlifbasını təqdim edir:

1. Sən lidersənsə, hər sözün, hər addımın, hər davranışın güvən hissi doğurmalıdır. Prezident İlham Əliyevi görən, ona qulaq asan hər kəs ona inanır, etibar edir, birmənalı olaraq güvənir.

2. Sən lidersənsə, səninlə hesablaşmalıdırlar. Bu gün Azərbaycanla, onun Lideri ilə hesablaşırlar, çünki ölkəmiz, onun gələcəyi ilə bağlı bütün qərarlar Bakıda, Prezident İlham Əliyev tərəfindən verilir.

3. Sən lidersənsə, heç vaxt özünü vəziyyətdən asılı duruma salmamalısan. Bu gün regiondakı vəziyyətin ahəngini Prezident İlham Əliyev diktə edir.

Bu gün “Azərbaycan zəfər marşındadır” ifadəsi bəlağət deyil, geosiyasi reallıqdır. Bu geosiyasi reallığı Prezidentin bir cümləyə sığışan strategiyası yaradıb: “Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq...”

Əminik ki, bu cümlənin hikməti və enerjisi Azərbaycanı növbəti mərhələyə də uğurla daşıyacaq. Daha az itki, daha böyük, maksimum nəticə ilə!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb