Birgə maliyyələşmə proqramı üzrə 5 mindən çox şəxsin məşğulluğu təmin edilib
Bakı, 7 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı mühüm aktiv məşğulluq proqramlarından biridir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ildə daha 400 şəxs qeyd olunan proqram çərçivəsində işlə təmin edilib. Bu məqsədlə 95 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı ötən dövrdə ümumilikdə 5000-dən çox şəxsin məşğulluğunun təminatına imkan verib.
Həmin proqram üzrə məşğulluğu təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]