Birləşmiş Ərəb Əmirlikləri 220 filippinlini əfv edib
Bakı, 6 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müxtəlif cinayətlərə görə saxlanılan ümumilikdə 220 filippinli əfv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb. Bildirilib ki, müvafiq qərar körfəz dövlətinin 53-cü milli günü münasibətilə verilib.
Filippinin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, əfvlə bağlı qərar iki ölkə arasında yüksək dostluq münasibəti nəzərə alınaraq verilib.
Bildirilib ki, hazırda Xarici İşlər Nazirliyi və Filippinin Əbu-Dabidəki səfirliyi əfv edilmiş Filippin vətəndaşlarının ölkəyə qaytarılması üçün inzibati tələbləri yerinə yetirir.
Xatırladaq ki, ötən ilin iyununda BƏƏ-də saxlanılan ümumilikdə 143 filippinli də Qurban bayramı münasibətilə əfv edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]