BİŞKEKDƏ MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN DƏMİR YOLU NƏQLİYYATI ŞURASININ 48-Cİ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdə MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı şurasının 48-ci iclası keçirilmişdir.
İclasda Azərbaycan Dəmir Yolunun rəisi Arif Əsgərovun başçılığı ilə nümayəndə heyəti də iştirak etmişdir.
Yığıncaqda 2007-ci ilin nəticələri, sərnişin və yük qatarlarının hərəkət cədvəlinin hazırlanması, konteyneri olan yük qatarları və vaqonların formalaşdırılması planı, 2008-2009-cu illər üçün beynəlxalq xəttlərdə vaqonların hərəkət qaydaları müzakirə olunmuşdur. Tədbirdə 2007-ci ildə konteynerlərin siyahıyaalınmasının nəticələri və 2008-ci il üçün vaqonların hazırlanması, həmçinin Çin Xalq Respublikasının istehsalı olan vaqonlara sertifikatlar verilməsi məsələlərinə də baxılmışdır.
Bolqarıstan və Finlandiyadan nümayəndə heyətləri də iclasın işində iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:59]
QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir
- 11.06.2026 [17:11]