BMT: 2050-ci ilədək Ukraynanın əhalisi 36 milyon nəfərə qədər azalacaq
Kiyev, 18 may, AZƏRTAC
Ukraynanın əhalisinin sayı 2050-ci ilədək 36 milyon nəfərə qədər azalacaq və yaşayış əsasən ölkənin şəhərlərində olacaq. Bu proqnoz mayın 16-da BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən səsləndirilib.
AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, 2050-ci ilə qədər 28,5 milyon ukraynalı şəhərlərdə yaşayacaq. Bu da əhalinin 78 faizi deməkdir.
Hazırda Ukraynanın əhalisi 43 milyon 579 min nəfərdir. Proqnozlar özünü doğrultsa, 2050-ci ildə Ukraynanın əhalisi 1950-ci ildəki kimi olacaq. Ukraynada əhalinin ən çox sayı 1990-cı ildə qeydə alınıb - 51,5 milyon nəfər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]