Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Baş katibi təbiətlə müharibəni dayandırmağa çağırıb

BMT-nin Baş katibi təbiətlə müharibəni dayandırmağa çağırıb

Bakı, 3 dekabr, AZƏRTAC

Biz öz planetimizi - həyatımızın əsasını məhv edirik. Bəşəriyyət seçim qarşısındadır: ya bu məhvə aparan yolda irəliləməli, ya da Paris sammitində qlobal temperaturun 1,5 dərəcə Selsi həddində saxlanılmasına dair verilən vədi yerinə yetirərək ümid yolunu seçməliyik. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən iqlim konfransında iştirakçılara müraciət edən BMT-nin Baş katibi Antonio Quterreş onları doğru seçim etməyə səsləyib.

Konfransda çıxış edən Antonio Quterreş deyib: “Biz yol ayrıcındayıq. Qarşımızda iki yol var və artıq yaxın onilliyin sonunda hansı yolla irəlilədiyimiz məlum olacaq. Biz əlimizi ağdan-qaraya vurmayaraq və lunatiklər kimi yarımşüurlu vəziyyətdə hərəkət edərək geriyə dönüşü olmayan nöqtəni buraxa bilərik, bununla da planetin hər bir sakininin sağlamlığını və təhlükəsizliyini təhlükəyə atmış olarıq”. Baş katibin sözlərinə görə, ikinci yol ümidlə bağlıdır. O əlavə edib: “Doğrudanmı biz planetimizin yanğınlara qərq olduğu bir zamanda başını quma soxaraq boş-boş işlərlə məşğul olan bir nəsil kimi bəşəriyyətin yaddaşında qalmaq istəyirik?”.

BMT Baş katibi qeyd edib ki, vəziyyətdən yeganə çıxış yolu qlobal temperaturun qalxmasını 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq və əsrin ortalarında parnik qazlarının emissiyasını sıfıra endirməkdir. Əks halda, alimlərin də qeyd etdikləri kimi, bizi fəlakət gözləyir. A.Quterreş vurğulayıb ki, onun qarşısını almaq üçün qazıntı yanacağı həmişəlik olaraq olduğu yerdə -torpağın altında qalmalıdır. Bütün bu işlərə dərhal başlanılmalıdır, iqlim dəyişikliyinin fəsadları ilə birgə yaşamağa məcbur olacaq gənc nəsil bunu tələb edir.

Antonio Quterreş xatırladıb ki, iqlim dəyişikliyi üzrə Hökumətlərarası ekspertlər qrupunun üç hesabatında və Dünya Meteorologiya Təşkilatının parnik qazlarının emissiyası və konsentrasiyası haqqında bu yaxınlarda açıqlanmış iki tədqiqatında alimlərin gəldikləri qənaətə görə, biz şüurlu olaraq mövcud olduğumuz sistemin özünü dağıdırıq. Bunun bariz misalı hələ də dünyanın müxtəlif ölkələrində daş kömürlə işləyən elektrik stansiyalarının tikilməsidir. “Əgər biz daş kömürdən asılılığa son qoymasaq, onda iqlim dəyişməsinin qarşısının alınması üzrə bütün səylərimiz boşa çıxacaq”, -deyə Baş katib xəbərdarlıq edib. BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) məlumatına görə, ölkələr qazıntı yanacağından istifadəni davam etdirmək, həm də isinməni 1,5 dərəcə Selsi çərçivəsində saxlamaqdan iki dəfə artıq miqyasda həyata keçirmək niyyətindədirlər.

Baş katib etiraf edib ki, bir çox ölkələr və maliyyə institutları ümidverici addımlar atırlar. Məsələn, Avropa İnvestisiya Bankı elan edib ki, 2021-ci ilin sonunda qazıntı yanacağı ilə bağlı olan layihələrin maliyyələşdirilməsini dayandıracaq. Lakin, Quterreşin sözlərinə görə, dəyişikliklər çox ləng baş verir, halbuki, indi köklü yenidənqurma tədbirlərinə ehtiyac duyulur. İlk növbədə, qlobal miqyasda parnik qazlarının emissiyasının dörddə üçünə sahib olan “böyük iyirmilik” ölkələri bu addımları atmalıdırlar. Hasilat sənayesi ilə yanaşı, iqlim dəyişikliyinə kənd təsərrüfatı, nəqliyyat, inşaat, sement və polad istehsalı, habelə bir çox digər sənaye sahələri də öz töhfəsini verirlər.

Cəmiyyətin öz həyat tərzini tamamilə dəyişməli olduğunu diqqətə çatdıran Baş katib beynəlxalq ekspertlərə istinad edərək əlavə edib: “Bizim biznesi necə aparmağımız, enerji istehsal etməyimiz, şəhərlər salmağımız, necə irəli getməyimiz, ərzaq hazırlamağımız - bütün bunlar köklü şəkildə və mümkün qədər tez bir vaxtda dəyişməlidir”.

Quterreş qeyd edib ki, əgər hökumətlər hələ on il əvvəl alimlərin rəylərini nəzərə ala və zəruri tədbirlər görsəydilər, onda parnik qazlarının atmosferə tullantısının həcmini ildə 3,3 faiz azaltmaq mümkün olardı. Lakin bu, baş verməyib. Bu gün qoyulan hədəflərə çatmaq üçün emissiyanı 7,6 faiz azaltmaq lazımdır. Amma bu tullantılar getdikcə artır: son 10 ildə emissiyaların həcmi 1,5 faiz çoxalıb.

Baş katib zəruri addımları, o cümlədən qazıntı yanacağına subsidiyaların ləğvini, daş kömür elektrik stansiyalarının bağlanmasını, “yaşıl iqtisadiyyata” keçilməsini dəfələrlə xatırladıb. O, həmçinin Madrid konfransının iştirakçılarını ən mühüm məsələlərdən biri üzrə tədbirləri razılaşdırmağa çağırıb. Bu, Katovitsada keçirilən keçən konfransda haqqında razılıq əldə olunmadığı məsələ - emissiyalara qiymət və vergi tətbiq olunmasıdır.

Hazırkı tədbirə böyük ümidlərlə gəldiyini diqqətə çatdıran Quterreş vurğulayıb: “Mən iqlim dəyişikliyi üzrə Konvensiyanın bütün tərəfdaşlarını fikir ayrılığını aşmağa və bu məsələyə dair razılıq əldə etməyə çağırıram. Biz vaxt itirmədən öz işimizi görməliyik”. Onun sözlərinə görə, danışıqların uğurla başa çatdırılması ilə yanaşı, budan heç də az əhəmiyyətli olmayan amil dövlətlərin öz kursunu dəyişdirməyə hazır olması barədə siqnalları dünyaya çatdırmaqdır: “Biz nəhayət ki, təbiətlə müharibəni dayandırmaq üzrə ciddi niyyətimizi, 205-ci ildə parnik qazlarının emissiyasını sıfır səviyyəsinə endirmək üzrə siyasi iradəyə malik olduğumuzu bəyan etməliyik”.

İqlim dəyişikliyi üzrə Konvensiyanın tərəfdaşlarının Madrid konfransı iki həftə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

İraq onilliklər ərzində ilk dəfə Hörmüzdən neft daşıyıb

İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH

Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib

“Biləv” SES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO