Böhtan ataraq gənc qızı özünüöldürmə həddinə çatdırma faktı ilə bağlı cinayət işi başlanılıb
Bakı, 1 fevral, AZƏRTAC
Ötən il noyabrın 12-də Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Bərdə Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalar İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin instaqram sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində onu özünüöldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edib.
Fakt ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]