Boks üzrə Azərbaycan birinciliyində yarımfinalçılar məlum olub
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində dörddəbir final mərhələsinin görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Boks Mərkəzində baş tutan 56 döyüşün nəticəsinə əsasən, yarımfinala yüksələn idmançılar bəlli olub. Boksçular mərhələni keçməklə yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Yarışın qaliblərinin adları martın 14-də müəyyənləşəcək.