BÖLGƏNİN TARİXİ ABİDƏLƏRİNİN ÖYRƏNİLMƏSİ DAVAM EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bir neçə gün davam edən səfər zamanı qonaqlar əvvəlcə Qax rayonunun İlisu, Sarıbaş, Qaxbaş, Oncallı, Qum, Ləkit və digər kəndlərində, həmçinin rayon mərkəzində yerləşən memarlıq abidələri, tarix-diyarşünaslıq muzeyi ilə yaxından tanış olmuşlar. Sonra qonaqlar Zaqatala rayonunun Yuxarı Çardaqlar, Yuxarı və Aşağı Tala, Mamrux, Muxax kəndlərində və Balakən rayonunun Katex, Mahamalar, Talalar və Qullar kəndlərində yerləşən tarix və memarlıq abidələrinə baş çəkmiş, abidələrin bərpa-mühafizə işləri ilə tanış olmuş, araşdırmalar aparmışlar.