Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rosen Plevneliyevə
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Bolqarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Əminəm ki, bu ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, bir çox sahələri əhatə edən ikitərəfli əməkdaşlığımız və çoxşaxəli əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 fevral 2012-ci il.