Bolqarıstanın nüfuzlu “b2b” jurnalı Azərbaycan səfirinin müsahibəsini dərc etmişdir
Bakı, 17 may (AZƏRTAC). Bolqarıstanın nüfuzlu “b2b” jurnalı Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimovun müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı müsahibəsini dərc etmişdir.
Səfir müsahibədə ölkəmizin tarixi, mədəniyyəti, coğrafi mövqeyi haqqında ətraflı məlumat vermişdir.
Diplomat dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda mövcud olan ağır sosial, siyasi və iqtisadi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, eləcə də Xocalı soyqırımı haqqında danışmışdır.
E.Kərimov qeyd etmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ölkədə mövcud olan acınacaqlı vəziyyətə, hərc-mərcliyə son qoyulmuş, atəşkəs haqqında müqavilə imzalanmış, iqtisadiyyatın dirçəldilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür.
Ulu öndərin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan səfir həyata keçirilmiş köklü islahatlar nəticəsində Azərbaycanın dünya miqyasında sürətlə inkişaf etdiyini xüsusi vurğulamışdır.
Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın olduğunu qeyd edən E.Kərimov ölkələrimiz arasında təhsil, mədəniyyət, turizm, yüngül sənaye, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Səfir, həmçinin Azərbaycanda mövcud əlverişli investisiya mühiti haqqında söhbət açmış, bolqar iş adamlarını və turistləri ölkəmizə dəvət etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]