BONN BEYNƏLXALQ KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Forumun təşkilat mərkəzindən verilən məlumata görə, BMT-nin bilavasitə himayəsi və Almaniya federal hökumətinin dəstəyi ilə keçirilən konfransın işində dünyanın 140 ölkəsindən 1200 ekspert, həmçinin beynəlxalq qurumların iqlim dəyişmələri və ətraf mühit problemlərini, o cümlədən təbii fəlakətlərin baş verməsi səbəblərini araşdıran ümumdünya elmi-dədqiqat institutlarının nümayəndələri iştirak edirlər.
Konfransda planetdə iqlim dəyişmələrinin, xüsusilə dağıdıcı təbii fəlakətlərin baş verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırıb xəbərdar edən mexanizm sistemlərinin daha da təkmilləşdirilməsinin perspektivləri müzakirə ediləcəkdir.
Forum martın 30-da işinə yekun vuracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]