“Borussiya Dortmund” Bakı Olimpiya Stadionunda məşqə çıxıb VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Çempionlar Liqasının liqa mərhələsinin III turunda Bakıda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” klubu oyundan öncə son məşqinə çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.
Müxbir - Mikayıl Məmmədov
Foto- Azər İbrahimov
Video - Mirrəsul Cəfərov