Boryana Kristo Bosniya və Herseqovina Nazirlər Şurasının sədri seçilib
Sarayevo, 23 dekabr, AZƏRTAC
Xorvat Demokratik Birliyi partiyasının namizədi Boryana Kristo Bosniya və Herseqovina Nazirlər Şurasının sədri seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Bosniya və Herseqovina Rəyasət Heyətinin iclasında qəbul olunub. İclasda keçirilən səsvermədə Rəyasət Heyətinin sədri Zeljka Cviyanoviç və Rəyasət Heyətinin üzvü Denis Beciroviç B.Kristonun namizədliyini dəstəkləyib, Rəyasət Heyətinin xorvat əsilli üzvü Zeljko Komsic isə əleyhinə səs verib.
Qeyd edək ki, B.Kristo oktyabrın 2-də keçirilən ümumi seçkilərdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvlüyünə namizəd olmuşdu.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]