Bosniya və Herseqovina vətəndaşları gələn ildən Kosovoya şəxsiyyət vəsiqəsi ilə səfər edəcəklər
Sarayevo, 15 oktyabr, AZƏRTAC
Kosovo 2025-ci il yanvarın 1-dən etibarən birtərəfli qaydada Bosniya və Herseqovina şəxsiyyət vəsiqəsinə malik olanların ölkəyə sərbəst gediş-gəlişinə icazə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Kosovo Baş nazir Albin Kurti Almaniyanın paytaxtında keçirilən “Berlin Prosesi” Sammitində deyib.
“Kosovo gələn ildən Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimini ləğv edəcək, onlar şəxsiyyəti təsdiq edən sənədlə ölkəyə daxil ola biləcəklər”, - deyə Baş nazir bildirib.
Xatırladaq ki, Kosovo vətəndaşları 2008-ci ildən etibarən Bosniya və Herseqovinaya viza ilə səfər edirlər. Kosovo isə 2014-cü ildə Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimi tətbiq edib.
Almaniyanın rəhbərlik etdiyi “Berlin Prosesi” Qərbi Balkan regionunun 6 ölkəsini – Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya və Kosovo arasında regional əməkdaşlığı asanlaşdırmaq üçün təşəbbüsdür.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]