Bosniya və Herseqovinada keçmiş hərbçilər serb məhbuslara qarşı müharibə cinayətlərində ittiham edilirlər
Sarayevo, 4 yanvar, AZƏRTAC
Bosniya və Herseqovinada keçmiş zabit və əsgərlər mülki serblərə qarşı cinayət törətməkdə ittiham olunurlar.
AZƏRTAC xəbər verir ki, dövlət ittihamçısı Bosniya və Herseqovina ordusunun keçmiş 10 zabit və əsgərinə mülki serblərə, hərbi əsirlərə qarşı cinayət törətmək ittihamı irəli sürüb.
Prokurorluğun məlumatına görə, 1992-1995-ci illərdə paytaxt Sarayevonun İlidza bələdiyyəsinin Hrasnitsa şəhərində serb məhbuslara qarşı bir sıra hərbi cinayətlər törədilib. Onlar bölgədəki düşərgələrdə və təcridxanalarda qanunsuz saxlanılan 100-dək serb mülki şəxsə, o cümlədən qadınlar, qocalar və azyaşlılara qarşı cinayətlərdə, habelə döyüş bölgələrində məcburi əməyə aparılmış, ölümlə nəticələnən xəsarət və yaralara məruz qalmış və ya öldürülmüş serb əsirlərinə qarşı cinayətlərdə ittiham olunurlar.
Bundan başqa, 1992-ci ildə Priyedor bölgəsində İctimai Təhlükəsizlik Stansiyasında polis dəstəsi komandiri olmuş Draqoljub Qligiç də insanlığa qarşı cinayətlər törətməklə ittiham edilir. Prokurorluq Qligiç haqqında ittihamnamə təqdim edib və bildirilir ki, o, Miska Qlava və Lyubiya bölgələrində 120-dək bosniyalı kişi mülki vətəndaşın qanunsuz tutulması, işgəncə verilməsi və qətlə yetirilməsində bilavasitə iştirak edib.
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]