Botsvana Respublikası fil ovuna icazə verib
Bakı, 24 may, AZƏRTAC
Botsvana Hökumətinin fillərin ovlanmasına yenidən icazə verən qərarı heyvanların müdafiəçilərinin qəzəbinə səbəb olub. AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, heyvanlarla insafla rəftar edilməsinə tərəfdar olan beynəlxalq təşkilat bu qərara dərhal mənfi münasibət bildirib. Təşkilat xatırladıb ki, fillərin populyasiyasına onsuz da brakonyerlik təhlükədir, onların ovlanmasına icazə verilməsi isə Botsvana sakinlərinə deyil, qənimət əldə etmək istəyən ovçulara fayda gətirəcək.
Heyvanların beynəlxalq müdafiəsi fondundan bildiriblər ki, hakimiyyət orqanları kənd sakinlərini aldadaraq, bu insanları inandırırlar ki, guya bu qərar onların təhlükəsizliyinə yönəldilib.
Botsvana Respublikasında fil ovu 2014-cü ildə, sabiq prezident Yan Khamın dövründə qadağan edilib. Lakin hazırkı hökumət hesab edir ki, qadağandan sonra bu heyvanların populyasiyası hətta insanlara təhlükə yaradacaq dərəcədə artıb. Bundan sonra ildə 400 başdan çox olmamaqla fil güllələnəcək. Ölkədə ümumilikdə 130 minə yaxın fil yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]