BÖYÜK BRİTANİYADA MOTORLU ÇAMADANLARIN SATIŞINA BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “Live Luggage” şirkəti dünyada ağır yüklərin daşınmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuş ilk motorlu çamadanın satışına başlamışdır. Hazırlanmasına 5 il vaxt sərf olunmuş çamadanın hər bir çarxına 12 voltluq batareyalarla işləyən motorcuqlar quraşdırılmışdır. Çamadan qaçış sürəti ilə irəliləyirsə, bu enerji onun təxminən 800 kilometr qət etməsinə kifayət edir. Xüsusi antiqravitasiya qurğusu yükün hiss olunan çəkisini 10 dəfə azaldır.
Çamadanın dəstəyindən tutanda motorcuqlar işə düşür, qurğu çamadan sahibini qabaqlamamaq, yaxud ondan geri qalmamaq üçün sürəti avtomatik tənzimləyir. Dəstəyi buraxan kimi çamadan dayanır.
Motorlu çamadanın ən böyük çatışmazlığı çəkisinin ağır, özünün isə bahalı olmasıdır. Boş halda çəkisi 10,6 kiloqram olan bu qurğu adi çamadandan təxminən 3 kiloqram ağırdır. Onun qiyməti 700 funt sterlinq, yaxud təxminən 1400 ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]